“Bakıda nəhəng dəyişikliklər var”

bakida-neheng-deyisiklikler-var
Oxunma sayı: 910

“Azərbaycan paytaxtında nəhəng dəyişikliklər baş verib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dərbənd şəhərinin meri Hizri Əbəkərov bildirib.

O deyib ki, Bakının inkişaf yolunda çox böyük irəliləyişə nail olduğu göz qabağındadır: “Hər dəfə gələndə buna təəccüblənməmək olmur”.

Mer köhnə “Qara şəhər” ərazisində salınmış “Bakı Ağşəhər” yaşayış kompleksi ilə tanış olduğunu söyləyib: “Burada müsbət mənada nəhəng dəyişikliklər var. Biz də sizin şəhərsalmadakı təcrübənizi öyrənib Dərbənddə də tətbiq etmək üçün buraya gəlmişik”.

Qonaq Azərbaycanda doğru istiqamətli siyasət yürüdüldüyünü dilə gətirib: “Səmti doğru götürmüsünüz. Bakıda hamı Prezidentdən razılıq edir, ölkədə əvvəlki və indiki vəziyyəti müqayisə edirlər. Prezident tez-tez əhali ilə görüşür, hərtərəfli kömək edir. Xalqın qeydinə qalmaq yaxşı haldır”.