Bakıda nənə və 5 yaşlı nəvəsi motosikletlə vurulub

bakida-nene-ve-5-yasli-nevesi-motosikletle-vurulub
Oxunma sayı: 993

Bakıda naməlum şəxs motosikletlə iki nəfəri vurub.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Əlizadə küçəsində baş verib.

Nömrəsi və sürücüsü məlum olmayan motosiklet 1961-ci il təvəllüdlü Familə Abdullayeva ilə 5 yaşlı nəvəsi Həşimi vurub. Hər iki şəxsə tibbi yardım göstərilib.

Hadisəni törədən şəxs axtarılır.