“Bakıda o iş yarımçıq qaldı...” - Murat Dalkılıç

“Bakıda o iş yarımçıq qaldı...”
Oxunma sayı: 1088

Ötən gün Bakıda  “Dünya hali” adlı Türkiyə istehsalı olan filmin premyerası keçirilib.  “Qafqazinfo” xəbər verir ki, qala gecəsi Nizami Kino Mərkəzində reallaşıb. 

Təqdimatdan əvvəl ekran işinin qəhrəmanları- Murat Dalkılıç, Melis Sezen və Serenay Aktaş mətbuat nümayəndələrinin suallarına cavab verib. 

Dalkılıç mətbuat konfransında iki ildən sonra Bakıya gəldiyini qeyd edib: “Əslində mənim əsl peşəm aktyorluqdur. Çalışdığım qədər hər iki işi bir arada icra edirəm. Təxminən iki il əvvəl belə bir layihə üçün mən Bakıya gəlmişdim. Danışıqlar getdi, sonra o iş yarımçıq qaldı. İnşallah, həmin iş yenidən alınar. 

Bundan əlavə, mən Azərbaycan mahnılarını sevirəm. Bu barədə hər yerdə danışmışam. Qonaq pərvərliyinizə heyran qaldım. Yeməklərinizdən yedik, kabablarınızın dadına baxdıq”. 

Xatırladaq ki, ekran işinin rejissoru Ömer Candır. 











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi