Bakıda ofislərin kirayəsi neçəyədir?

bakida-ofislerin-kirayesi-neceyedir
Oxunma sayı: 2131

Bakıda biznes ofislərinin kirayə qiymətləri məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, Fins.az-ın araşdırmasına görə, Bakının əsasən Nəsimi, Səbail, Xətai, Nərimanov və Yasamal rayonlarında biznes ofislərinin kirayələmək olar. Daşınmaz əmlak bazarı üzrə rieltor Asif Yusubov bildirib ki, Bakı şəhəri üzrə ofis sahələrinə olan tələbat yerləşmə bölgəsinə müvafiq olaraq dəyişir. Ofis kirayəsi üzrə ən yüksək tələb Səbail rayonu, Qaqarın körpüsü ətrafında yerləşən Port Baku Tower, Marina plaza, Landmark, Dəmirçi Plaza, Azure Biznes mərkəzlərinədir. Burada ofislərin kirayə qiyməti kv.m üzrə 18 manatdan -120 manata kimidir. Bu biznes mərkəzlərində yerləşən ofislərin əsas xüsusiyyətləri, əlverişli nəqliyyat qovşaqlarının yaxınlığında yerləşməsi, həmçinin şəhər mərkəzinə yaxın olmalarıdır.

Ümumilikdə isə ən yüksək kirayə qiymətləri Şəhər mərkəzinə yaxın biznes mərkəzlərində, ən ucuz kirayə qiyməti isə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən biznes mərkəzlərdədir(8 manatdan başlayır).

A.Yusubov qeyd edib ki, Sabunçu, Suraxanı və Qaradağ rayonlarında ofis kirayəsi üzrə tələb çox aşağıdır deyə, bu biznes o qədər də inkişaf etməyib.

 

Rayonlar

 

Biznes ofislərinin kirayə qiyməti

1 kv.m/AZN

Plazalar üzrə

Nəsimi

10 - 20 AZN

Səbail

18- 120 AZN

Xətai

14- 50 AZN

Nərimanov

8 -14 AZN

Yasamal

10 -12 AZN