Bakıda oğlu ölən ata Allaha üsyan etdi - Dostu onu öldürdü

bakida-oglu-olen-ata-allaha-usyan-etdi
Oxunma sayı: 5459

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən keçmiş məhkum 31 yaşlı Vüqar Həsənovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Proses aprelin 24-də davam etdiriləcək. Növbəti iclasda V.Həsənova cəza istəniləcək. 

İttihama görə, 2017-ci il oktyabr ayında Xətai rayonunda eyni məhlədə yaşayan V.Həsənov dostu Elşən Məmmədovla mübahisə edib.

Belə ki, hadisə günü E.Məmmədovun azyaşlı oğlu xərçəng xəstəliyindən vəfat edib. O da buna görə Allahı, peyğəmbəri günahkar bilərək onlara üsyan edib.  Dostu Vüqar isə buna etiraz edib və mübahisə də buna görə başlayıb. Bir-birini söyərək təhqir edən dostlar sonra bıçağa əl atıblar. Onlar bir-birini bıçaqlayıblar, E.Məmmədov hadisə yerində ölüb, V.Həsənov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilib.

Murad Əhməd