Bakıda oğul anasını döyərək öldürüb

Bakıda oğul anasını döyərək öldürüb
Oxunma sayı: 1414

Fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan Cəmil İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızını döyüb.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilən  Z.İslamova fevralın 26-da orada ölüb.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İslamov saxlanılıb.

Faktla əlaqədar rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi