Bakıda oğul atasını döyərək xəstəxanalıq etdi

bakida-ogul-atasini-doyerek-xestexanaliq-etdi
Oxunma sayı: 958

Bakının Ramana qəsəbəsində sərxoş oğul atasını döyərək ona xəsarət yetirib.

“Qafqazinfo” “Report”a istinadən xəbərinə görə, fərdi yaşayış evində Hüseynzadə Tağı atası, 57 yaşlı Hüseynzadə Azər Tağı oğlu ilə əlbəyaxa mübahisə edib. Nəticədə A.Hüseynzadə döyülərək ağır xəsarət alıb. O , xəstəxanaya yerləşdirilib.

Xəsarət alan şəxs polislərə ilkin ifadəsində oğlunun içki qəbul etdikdən sonra onu dəfələrlə döydüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.