Bakıda oğurluq

bakida-ogurluq
Oxunma sayı: 648

Yanvarın 6-da Binə qəsəbəsi Südçülük sovxozunda yaşayan Ağali Ağayevin evindən qapının kilidini açma yolu ilə 2 ədəd gödəkçə, qızıl-zinət əşyaları və yanvarın 7-də isə həmin ərazidə yaşayan Əbülfəz Məmmədovun evindən açıq qapıdan daxil olma yolu ilə 2 cüt ayaqqabı və qızıl üzük oğurlanıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Qulam Həmidov yanvarın 16-da yaxalanıb.

Yanvarın 5-də, «26 Bakı komissarı» küçəsində, naməlum şəxs Bakı şəhər sakini Rövşən Civişovun 250 manat və mobil telefonunu əlindən alaraq qaçıb. Sabunçu RPİ PPXB və 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən, Bakı şəhər sakini Samir Qasımov yanvarın 16-da yaxalanıb.

Yasamal RPİ NMB və CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İmran Şirinovdan 700 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Yanvarın 9-da Bərdə rayon sakini İsmayıl Şərifiyə məxsus Bülbül prospektində yerləşən kafedən açıq qapıdan keçmə yolu ilə 150 manat, mobil telefon və planşet oğurlanıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Bakı şəhər sakini Nicat Cəfərov və Zaqatala rayon sakini Zurab Hacıyev yanvarın 16-da yaxalanıb.