Bakıda olan Zaxarovanın müğənnilərlə əyləncəsi - Video

bakida-olan-zaxarovanin-mugennilerle-eylencesi
Oxunma sayı: 9965

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Bakıya gəlib. 

“Qafqazinfo” xəbər verir ki, onun gəlişində məqsəd Azərbaycan və Rusiya XİN-ləri arasındakı məsləhətləşmələrdir. Zaxarova ötən gün paytaxtda keçirilən “Jara” musiqi festivalına və festivaldan sonra təşkil olan şənliyə qatılıb. Rusiya XİN-in rəsmisi xalq artisti Filipp Kirkorov və Nikolay Baskovun duet oxuduğu “İbiza” mahnısının təqdimatında iştirak edib. 

M. Zaxarova rusiyalı ulduzlarla birgə əylənib. Onun görüntülərini N. Baskov instaqram səhifəsində paylaşıb.