Bakıda ona ərə getməyən qadını öldürən saxlanılıb

bakida-ona-ere-getmeyen-qadini-olduren-saxlanilib
Oxunma sayı: 1824

Avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirən şəxs yaxalanıb. 

"Qafqazinfo"nun DİN-ə istinadən verdiyi xəbərə görə, faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində atıb getmələri də müəyyən edilib. 

Hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub. 

Görülmüş tədbirlərlə Z.Şiriyeva da saxlanılıb, onun əməlləri CM-nin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İstintaq zamanı müəyyənləşib ki, cinayətin səbəbi mərhumun Mərdanova ərə getməkdən imtina etməsi olub. Hümbətovanın azyaşlı uşağı qalıb. 

Murad Əhməd