Bakıda oynayacaq, sonra “Real”a keçəcək

bakida-oynayacaq-sonra-reala-kececek
Oxunma sayı: 1204

Madrid “Real”ı “Çelsi”nin vingeri Eden Azarın transferini həll edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Dailymail” nəşri məlumat yayıb. 

Bildirilir ki, “kral klubu” belçikalı ulduzun keçidini rəsmi şəkildə Bakıda keçiriləcək UEFA Avropa Liqası finalından sonra açıqlayacaq. 

Madrid təmsilçisinin Azar üçün London klubuna 100 milyon avro ödədiyi yayılan xəbərlər arasındadır.