“Bakı”da oynayan voleybolçunun meyiti tapılıb

bakida-oynayan-voleybolcunun-meyiti-tapilib
Oxunma sayı: 641

“Qafqazinfo”nun Apasport.az saytına istinadən məlumatına görə, “Bakı” klubunun heyətində “Çelenc Cup”ın finalında oynamış Hollandiya millisinin sabiq voleybolçusu və onunla birgə yoxa çıxan həyat yoldaşı Lodevijk Severeyn qətlə yetirildiyi müəyyənləşib.

Onların meyitləri İspaniyanın Mursiya şəhərindən 20 km kənarda yerləşən kənddən tapılıb. Belə ki, polis mayın 13-də bu şəhərdən yoxa çıxan cütlüyün öldürüldüyü qənaətinə gəlib. Artıq bu barədə cinayət işi açılıb və 2 şübhəli şəxs həbs olunub.

Qeyd edək ki, 36 yaşlı Visser 2011/2012 mövsümündə “Bakı”ın şərəfini qoruyub və karyerasını bu klubda bitirib.