Bakıda özəl klinikada ana doğuş zamanı öldü

Bakıda özəl klinikada ana doğuş zamanı öldü
Oxunma sayı: 2151

Sentyabrın 10-da Bakıda, Leyla Şıxlinskayanın Klinikasında ana ölümü baş verib. 31 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, doğuş zamanı dünyasını dəyişən ana 1986-cı il təvəllüdlü Aygün Əbdürrəhmanovadır.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Nazirliyin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova faktı təsdiqləyib.

Komissiya sədri bildirib ki, uşağın həyatını xilas etmək mümkün olsa da, ana ölüb.

“Bütün özəl tibb müəssisələri, o cümlədən Leyla Şıxlinskayanın Klinikası Səhiyyə Nazirliyinin təlimatlarına əsasən fəaliyyət göstərir. Özəl tibb müəssisələrində baş verən ana ölümləri tərəfimizdən araşdırılır. Klinikada ana ölümü sentyabrın 10-da qeydə alınıb, bu barədə Doğuşayardım Komissiyası məlumatlandırılıb. Sənədlər təqdim ediləndən sonra ölümün səbəbi araşdırılacaq. Araşdırma tamamlanmadan ananın hansı səbəbdən öldüyünü söyləmək olmaz”,-Məmmədova əlavə edib.

Klinikanın özünü təqdim etmək istəməyən həkimi isə deyib ki, nəinki dünən axşam, o cümlədən son 1 ildə burada ana və uşaq ölümü qeydə alınmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi