Bakıda partlayış oldu

bakida-partlayis-oldu
Oxunma sayı: 652

Binəqədi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi qəsəbəsi 3-gü mədən küçəsi, 62 saylı mənzildə baş verən partlayışda bir ailənin 4 üzvü xəsarət alıb.

Ailə başçısı 33 yaşlı Etibar Musayev, həyat yoldaşı 31 yaşlı Könül Musayeva, onların övladları 13 yaşlı Abbas və 10 yaşlı Rəsul xəstəxanaya yerləşdiriliblər.

Hadisənin qaz sızmasından baş verdiyi bildirilir. Partlayışın təsirindən mənzil tamamilə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.