Bakıda partlayış oldu – - Fotolar

bakida-partlayis-oldu-
Oxunma sayı: 2349


Qonşuların verdiyi məlumata görə, binanın birinci mərtəbəsi gözəllik salonu kimi fəaliyyət göstərib.Partlayaışda məhz burada olub. Nəticədə salonda olan bir qadın əllərindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb. 

Hadisə baş verən zaman salonda 3 nəfər olub. Onlardan biri kişi, ikisi isə qadın olub. Ağır xəsarət alan qadın xadimə işləyib. O üz və əlindən yanıq xəsarətləri alıb. Digər iki nəfər isə yüngül xəsarətlər alıblar. 

İlkin məlumata görə, partlayışa səbəb zirzəmidən qaz sızması olub. Belə ki, qonşular zirzəmidən salona kustar üsulla qaz borusu çəkildiyini iddia edirlər. 

Hadisə nəticəsində binanın digər mənzillərinə də ziyan dəyib. Mənzillərin pəncərələrinin şüşələri və dəmir məhəccərlər dağılıb.