Bakıda patronlarla tutulan israilli - “Ümid edirəm ki, buraxacaqlar”

bakida-patronlarla-tutulan-israilli
Oxunma sayı: 5376

Azərbaycanda bir neçə ay əvvəl həbs edilmiş İsrail vətəndaşı Beni Hay sərbəst buraxılacaq və vətəninə qayıdacaq. Qeyd edək ki, israilli sərhəddə çantasında sursat tapıldıqdan sonra həbs olunub.

"Qafqazinfo"nun virtualaz.org saytına istinadən məlumatına görə, Beni Hay bu gün mesaj alıb ki, bazar günü azad ediləcək və İsrailə uçacaq. Bu, Knesset üzvü, "İsrail bizim evimizdir" partiyasının sədri Aviqdor Libermanın müdaxiləsindən sonra mümkün olub.

"Mən çox həyəcanlıyam. Mən ailəmi, demək olar ki, dörd aydır görməmişəm və artıq ümidimi itirməyə başlamışdım. Uzun müddət həbs cəzası çəkmək üçün burada qalacağımı düşünürdüm. Libermanın müdaxiləsi olmasaydı, çox güman ki, mən burada qalacaqdım və nə vaxt çıxa biləcəyimi heç kim deyə bilməzdi", - deyə o, İsrail jurnalistləri ilə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Aviqdor Liberman ona şəxsən zəng edib.

"O, mənə zəng etdi və bütün məlumatları dəqiqləşdirməyə başladı. Mən çox həyəcanlı idim. Avigdor Lieberman söz verdi ki, hər şey yaxşı olacaq. Yarım saatdan sonra məlumat aldım ki, vəkilimizlə məni təcili olaraq polisə çağırırlar. Orada dedilər ki, bazar günü azad ediləcəyəm və dərhal evə uça bilərəm. Mən çox həyəcanlıyam. Burada vaxt çox ləng gedirdi, amma şadam ki, hər şey bitdi, mən İsrailə qayıdacağam və ailəmlə görüşə biləcəyəm", - deyə Beni vurğulayıb.

32 yaşlı qüdslü baş aşpaz Beni Hay özünün 10 yaşlı oğlu ilə Bakıya Pesax yəhudi bayramını qeyd etməyə gəlib. Sərhəddə onun yükünə baxış leçirilərkən Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları Beninin oğlunun çantasından bir qutuda 50 ədəd tapança patronu aşkar ediblər. Ata və oğul bir sutkalıq ilkin saxlanma kamerasında saxlanılıblar, sonradan isə ev dustaqlığına buraxılıblar və bu müddət ərzində oteldə qalıblar. Onlara Azərbaycanəı tərk etmək qadağan olunub.

Hay bir neçə həftə boyunca ifadə verib və bildirib ki, patronlar uşağın çantasına təsadüfən düşüb. Onun sözlərinə görə, lisenziyasının müddətini uzatmaq məqsədilə atıcılıq mərkəzinə geirmiş və özü ilə bu çantanı götürürmüş, sonradan isə patronları kənara qoymaq unudub. Lakin onun izahatı qəbul edilməyib və israilliyə qarşı silah alveri və sursatların qanunsuz saxlanması ittihamı irəli sürülüb.