Bakıda piyada avtomobilin zərbəsindən divara dəyərək ölüb

bakida-piyada-avtomobilin-zerbesinden-divara-deyerek-olub-
Oxunma sayı: 669

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə axşamı Trend-ə bildirib ki, noyabrın 29-da paytaxtın Səməd Vurğun küçəsi ilə Hənifə Ələsgərova küçəsinin kəsişməsində işıqforun qırmızı işığında keçən avtomobil başqa istiqamətdə hərəkət edən digər avtomobillə toqquşub və yolun hərəkət zolağında olan piyadanı vurub. Piyada avtomobilin zərbəsindən 10 metr kənarda divara dəyib və nəticədə yerindəcə ölüb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

Bu ilin yanvarından noyabrın 12-ə qədər Bakıda qeydə alınan yol qəzalarının 51 faizi piyadaların vurulması ilə bağlı olub.