Bakıda piyada keçidi uçdu - - 6 yaralı+ Yenilənib

bakida-piyada-kecidi-ucdu-
Oxunma sayı: 5658


"Qafqazinfo" xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, piyada keçidinin uçması nəticəsində 27 yaşlı Lalə Məmmədova, 55 yaşlı Nəzakət Məmmədova və şəxsiyyəti məlum olmayan daha 4 nəfər xəsarət alıb.

Xəsarət alan Şəxslər Klinik Tibbi Mərkəzə yerləşdirilib.

***

 Bakıda yerüstü piyada keçidi uçub.

"Qafqazinfo" xəbər verir ki, Səbail Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Salyan şosesində, Şıx ərazisində, “Min bir gecə” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

Həmin ərazidən yükqaldırıcı kran yerüstü piyada keçidinə dəyib, nəticə keçid uçub.

Hadisə nəticəsində yaralananların olduğu bildirilir. 

Yol bağlanıb, avtomobillərin böyük tıxacı yaranıb.