Bakıda piyada qadını maşın vurdu

bakida-piyada-qadini-masin-vurdu
Oxunma sayı: 1864

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə avqustun 5-də saat 15 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Sürücü Yolçu Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Leyla Fərzəliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.