Bakıda piyadanı öldürərək qaçan avtobus sürücüsü tutuldu

bakida-piyadani-oldurerek-qacan-avtobus-surucusu-tutuldu
Oxunma sayı: 1694

Fevralın 2-də saat 7 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində yolu keçən 55-60 yaşlı kişi müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin paytaxt sakini Məsim Həsənov olması, hadisənin isə “İsuzu” markalı avtobusla törədilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin xətt avtobusunun sürücüsü  -  Bakı şəhər sakini Ramiz Kərimov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.