Bakıda piyadaya görə zəncirvari qəza baş verdi

bakida-piyadaya-gore-zencirvari-qeza-bas-verdi
Oxunma sayı: 1957

Paytaxtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı “BakuBus” MMC-yə məxsus avtobusa ziyan dəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat katibi Qabil Babayev məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün saat 15:30 radələrində İnşaatçılar prospektində (Dövlət Statistika Komitəsinin qarşısı) qeydə alınıb:

“17 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qarşısındakı minik avtomobilinin sürücüsü yola piyada çıxdığı üçün idarə etdiyi nəqliyyat vasitəsini qəflətən saxlayıb. Bu zaman “BakuBus” MMC-yə məxsus avtobusun sürücüsü də idarə etdiyi nəqliyyat vasitəsini saxlamaq məcburiyyətində qalıb. Həmin vaxt arxadan gələn “Mersedes 190” markalı minik avtomobili avtobusa çırpılıb. Eyni zamanda, “Kia” markalı minik avtomobili arxa tərəfdən “Mersedes 190” markalı avtomobilə dəyib”.

Faktla bağlı araşdırmalar aparılır.