Bakıda polis bıçaqlandı

bakida-polis-bicaqlandi
Oxunma sayı: 711

Yeni Yasamal yaşayış massivində baş verən hadisə zamanı Yasamal rayon polis idarəsi 29-cu polis bölməsinin əməliyyat muvəkkili 37 yaşlı Məmmədov Emin İdris oğlu xidməti vəzifəsini yerinə yetirən zaman naməlum şəxslər tərəfindən blıçaqlanıb.

Yaralı hadisədən sonra təcili olaraq 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı polis zabitinin üzərində çoxsaylı bıçaq yaraları olduğundan o, dərhal əməliyyat otağına qaldırılıb.

Hazırda isə Emin Məmmədovun vəziyyəti həkimlər tərəfindən stabil qiymətləndirilir. Yasamal rayon polis idarəsi və 29-cu polis bölməsinin əməkdaşları tərəfindən isə polis leytnantını bıçaqlayan şəxslərin tutularaq istintaqa təqdim edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./anspress/