Bakıda polis əcnəbi vətəndaşa kömək etdi

Bakıda polis əcnəbi vətəndaşa kömək etdi
Oxunma sayı: 910

Bakıda polislər əcnəbi vətəndaşa itmiş əşyalarının tapılmasında kömək edib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Bakı şəhərində müvəqqəti yaşayan Almaniya vətəndaşı Hayke Mökel DİN-in 102 xidmətinə müraciət edərək, Nərimanov rayonunda yerləşən idman komplekslərindən birində ona məxsus içərisində 250 manat, şəxsi sənədlər və bankomat kartlarını naməlum şəraitdə itirdiyini bildirib.

Məlumat daxil olan kimi Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən görülən işlər nəticəsində əcnəbi vətəndaşın pul kisəsi içində olan əşyalar və pulla birlikdə qısa zamanda tapılaraq sahibinə qaytarılıb.

H.Mökel operativliyə və ona həyatı boyu unutmayacağı köməklik göstərdiklərinə görə polis əməkdaşlarına minnətdarlıq edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi