Bakıda polis kapitanı qəza törətdi

Bakıda polis kapitanı qəza törətdi
Oxunma sayı: 2137

Bakıda polis əməkdaşı qəza törədib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nobel prospektində baş verib. Xətai RPİ 37-ci Polis Bölməsinin təhqiqatçısı, kapitan Mirsoltan Sarıyev idarə etdiyi 10 ON 272 nömrəli “Mercedes” markalı avtomobilin idarəetməsini itirərək yolun əks istiqamətinə çıxıb və orada Şahmar Məmmədovun sürdüyü “Renault” markalı maşınla toqquşub.

Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Polis M.Sarıyev DİN-in hospitalına, digər sürücü Ş.Məmmədov isə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi