Bakıda polisin “qəlyan əməliyyatı”

bakida-polisin-qelyan-emeliyyati
Oxunma sayı: 2878


Bu barədə məlumatı Musavat.com-a çayxana sahibləri veriblər. Məlumata görə, polis əməkdaşları ötən axşamdan başlayaraq çayxanalara qəfil basqınlar edir və müştərilərə təklif olunun sulu qəlyanlar yığışdırılır. Bu əməliyyatın birmənalı izahı yoxdur və səbəbi rəsmi şəkildə açıqlanmayıb. Lakin bunun sulu qəlyan vasitəsilə narkotik qəbulu ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olan siqnallarla bağlı olduğu ehtimal edilir.

Bəzi məlumatlara görə, xüsusi dükanlardan da İrandan gətirilən sulu qəlyanlar müsadirə edilir.

Qeyd edək ki, son vaxtlar Bakının çay evlərində sulu qəlyan “nargilə” adı ilə sürətlə dəbə minir və bu obyektlərin əsas atributlarından biri sayılır.