Bakıda Porsche-nin daha bir salonunun açılış mərasimi olub - Foto

Bakıda Porsche-nin daha bir salonunun açılış mərasimi olub
Oxunma sayı: 1620

Sentyabrın 10-da Bakının mərkəzində, Neftçilər prospekti, 111 ünvanında rəsmi idxalçı “Əfəndilər” MMC-yə məxsus yeni Porsche salonunun açılışı olub.

2006-cı ildən Mikayıl Əliyev, 7 ünvanında fəaliyyət göstərən Porsche Bakı Mərkəzi ilə yanaşı işləyəcək bu salonda müştərilər avtomobillərlə tanış olub, arzu etdikləri modeli sifariş edə bilərlər. Bununla yanaşı, burada Porsche Driver’s Selection geyim və aksessuarlar kolleksiyası da nümayiş olunur.

“Bu salon Porsche avtomobilləri ilə maraqlananların rahatlığı üçün təşkil olunub. Biz əminiki ki, yeni salonumuz, Porsche avtomobillərinin Azərbaycanda daha da tanınmasında və öz əvəzolunmaz, qeyri-adi cazibəsini əks etdirməsində xüsusi rol oynayacaq”, - açılış rəmzi olan qırmızı lenti kəsən şirkət nümayəndəsi Fuad Əliyev öz çıxışında vurğulayıb.

Porsche AG - Almaniyanın avtomobil şirkətlərindən biridir və baş ofisi Ştutqart şəhərində yerləşir. Şirkətin əsası məşhur konstruktor Ferdinand Porşe tərəfindən 1931-ci ildə dizayn-büro kimi qoyulub. Hal-hazırda isə Porsche, 718, 911, Panamera, Macan və Cayenne modellərini istehsal etməkdədir.

“Əfəndilər” MMC haqqında.

2006-cı ildən Porsche AG-nin Azərbaycanda rəsmi idxalçısıdır. Porsche avtomobillərinin satışı, texniki xidmətini və ehtiyat hissələri ilə təminatı Mikayıl Əliyev, 7 ünvanında 3S mərkəzində (Porsche Bakı Mərkəzi) və Neftçilər prospekti, 111 ünvanında 1S salonunda həyata keçirilir.










Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi