Bakıda Puşkinlə bağlı tədbir keçirildi

bakida-puskinle-bagli-tedbir-kecirildi
Oxunma sayı: 1330

Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 219-cu ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və «Sodrujestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə   böyük rus şairinin abidəsi önündə mərasim keçirilib.

“Qafqazinfo”  xəbər verir ki, Respublika «Sodrujestvo» cəmiyyətinin sədri Tatyana Kərimova belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb. 

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin  müşaviri Artyom Brkov, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalıdə Bayramova və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər. 

Tədbirdə  Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şerləri Azərbaycan, rus, alman, italyan və ingilis dillərində səslənmiş, məktəblilər A.S.Puşkinin nağıllarından səhnəciklər göstəriblər.