Bakıda qadın alverçisi tutuldu

bakida-qadin-alvercisi-tutuldu
Oxunma sayı: 1474

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Y.Məmmədzadənin bir qrup şəxslə əlbir olub gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədzadə saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.