Bakıda qadın dələduzluğu ilə hamını şoka saldı

bakida-qadin-deleduzlugu-ile-hamini-soka-saldi
Oxunma sayı: 3258

Fevralın 7-də Siyəzən rayon sakini Sabir İbrahimovun taksi kimi əyləşdiyi avtomobilin naməlum sürücüsü onun 360 manat pulunu almaq Ə.Naxçıvani küçəsində avtomobildən düşürərək sürüb getmişdir. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Astara rayon sakini Məmməd Əsgərov tutulub.

2013-cü ilin mart-noyabr aylarında İlhamə adlı qadın etibarlarından sui-istifadə edərək, Bakı şəhər sakinləri Əzizə Hətəmovadan 3830 manat, Mahir Fərzəliyevdən 6650 manat, Məhəbbət İsmayılovadan 7000 manat, Əminə Məhərrəmovadan 4500 manat və Rəna Yusifovadan 2000 manat alıb qaytarmayıb. Binəqədi RPİ 6-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən İlhamə Xəlilova tutulub.

Fevralın 12-nə keçən gecə IV Mədən küçəsində yaşayan Tərlan Nağıyevə və fevralın 14-də Sabunçu qəsəbəsi Ə.Bağırov küçəsində Cəlilabad rayon sakini Elçin Mənsimova məxsus «VAZ-2107» markalı avtomobillərdən maqnitafon oğurlanmışdır. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Akif İsmayılov və Anar Sərdarov tutulub.

Fevralın 12-də Kərpic küçəsində Vüqar adlı şəxs Zərdab rayon sakini Günel Abbasovanın mobil telefonunu alıb qaçmışdır. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Məmmədov tutulmuşdur.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağazeynal Əmiraslanovdan 450 qram marixuana götürülüb.

Fevralın 18-də B.Nuriyev küçəsində yaşayan Nizami Əhmədova məxsus yaşadığı ünvanda yerləşən mağazadan, qapının qıfılını sındırmaq yolu ilə ərzaq malları oğurlanmışdır. Nizami RPİ CAŞ və 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Füzuli rayon sakini Elnur Əhədzadə və Astara rayon sakini Peyman Axundov tutulub.

Suraxanı RPİ NMB, CAŞ və 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakinləri Elman Burcəliyevdən 0,217 qram, Oktay Ağayevdən 0,205 qram heroin, Elnur Burcəliyevdən 470 qram və Rəşad Ağayevdən 6,86 qram marixuana götürülüb.