Bakıda qadın evdən pul oğurlayan ərini polisə verdi

bakida-qadin-evden-pul-ogurlayan-erini-polise-verdi
Oxunma sayı: 1561

Bakı sakini ərinin ondan oğurluq etməsi ilə bağlı polisə müraciət edib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Belə ki, Nəsimi küçəsində yerləşən mənzildə yaşayan 1969-cu il təvəllüdlü İstifa İsmayılova Nizami Rayon Polis İdarəsinə şikayət edib ki, əri İmran İsmayılov ona məxsus dolabdan 1500 manat pul oğurlayıb.

Faktla bağlı İ.İsmayılov məsuliyyətə cəlb edilib.