Bakıda qadın “Gənclik Mall”dan bahalı paltar oğurladı

bakida-qadin-genclik-malldan-bahali-paltar-ogurladi
Oxunma sayı: 6421

“Gənclik Mall” ticarət mərkəzində oğurluq olub. "Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, mağazaların birindən 536 manat dəyərində geyim əşyaları oğurlanıb.

​Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib.

​Faktla bağlı araşdırma aparılır.