Bakıda qadın gözəllik salonundan pul oğurladı

bakida-qadin-gozellik-salonundan-pul-ogurladi
Oxunma sayı: 1857

Bakıda gözəllik salonundan oğurluq edən qadın saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər veri ki, Bakı şəhər sakini olan qadın işlədiyi F.Yusifov küçəsində yerləşən gözəllik salonunda içərisində 1300 manat və 500 ABŞ dolları olan pulqabısının oğurlandığını bildirib.

Oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Əhmədova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.