Bakıda qadın mağazadan oğurluq etdi - Video

bakida-qadin-magazadan-ogurluq-etdi
Oxunma sayı: 2387

Bakıda xırdavat mağazasından oğurluq edən qadın kameraya düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, noyabrın 12-də “28 May” metrostansiyasının yaxınlığında yerləşən kosmetik əşyalar satılan mağazadan baş verib. 

Qadın satıcının başqa müştəri ilə məşğul olmasından istifadə edərək baxmaq adı ilə götürdüyü məhsulları gizlicə digər əlində tutduğu çantaya atıb. Sonra isə ərazidən uzaqlaşıb.