Bakıda qadın maşınında yandı

bakida-qadin-masininda-yandi
Oxunma sayı: 3759


"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda yol-qəza hadisəsi nəticəsində sahibi məlum olmayan "MERCEDEC" markalı minik avtomobilinin yanar hissələri yanıb. 

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən şəxsiyyəti məlum olmayan sürücünün meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Yanan sürücünün qadın olduğu məlum olub. O, Səfərova Lalə Telman qızıdır./apa/