Bakıda qadın meyiti tapıldı

bakida-qadin-meyiti-tapildi
Oxunma sayı: 1510


“Qafqazinfo” xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olubki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

 Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından qalxaraq daxil olub. Mənzilə baxış keçirilərkən Nizaməddinova Zina Səlahəddinovna hərəkətsiz vəziyyətdə aşkarlanıb.

 Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Z.Nizaməddinovanın vəfat etdiyi müəyyən olunub. Z.Nizaməddinovanın   meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.