Bakıda qadın narkotacir saxlanılıb - Foto

Bakıda qadın narkotacir saxlanılıb
Oxunma sayı: 1117

Bakıda bir neçə növ narkotik vasitənin satışını həyata keçirən şəxs ələ keçib.

“Qafqazifo”nun verdiyi xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Əminə Babayeva da polislər tərəfindən tutulub. Onun evindən 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkar edilərək götürülüb. Ə.Babayeva narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı toplanan materiallar əsasında Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, isintaq tədbirləri davam etdirilir.
 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi