Bakıda qadın onu döyən ərini öldürdü

Bakıda qadın onu döyən ərini öldürdü
Oxunma sayı: 2264

Bakıda qətl törədilib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda 1994-cü il təvəllüdlü Tünzalə Elşad qızı Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nazim Fəxrəddin oğlu Vəliyevin başına meyvə qabını çırpıb.

Nəticədə N. Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq onu öldürüb.
 
Hadisəni törədən T. Vəliyeva saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

***

Lent.az xəbər verir ki,  1989-cu ildə anadan olmuş və əslən Qərbi Azərbaycandan olan Nazimlə Gədəbəy rayon sakini Tünzalə Vəliyeva 4 il əvvəl ailə həyatı qurub. Onlar Sabunçu qəsəbəsində yaşamağa davam ediblər və 2 övladları dünyaya gəlib. Lakin cütlük arasında münasibətlər zaman keçdikcə daha da pisləşib. Nazim tez-tez xanımını döyürmüş. Onun içkili vəziyyətdə evə gəlməsi münasibətləri daha da kəskinləşdirib. Geridə qalan müddətdə Tünzalə həyat yoldaşı barəsində polisə şikayət də edib.

Dünən gənc ər-arvad arasında növbəti dəfə eyni səpkili münaqişə yaranıb və Nazim Tünzaləni vəhşicəsinə döyüb. Bu zaman 23 yaşlı qadın masanın üzərindəki iri meyvə qabı ilə onun başına zərbə endirib. Ağır xəsarət alan Nazim yerə yıxılıb. Ərinin qalxıb onu öldürəcəyindən qorxan Tünzalə Vəliyeva tez məişətdə istifadə edilən kiçik qaz balonunu gətirib və onun başına bir neçə öldürücü zərbə endirib. 28 yaşlı Nazim Vəliyev hadisə vaxtı ölüb.

Hadisə vaxtı Tünzalənən bir qolu sınıq olub və gipsdə imiş. Belə ki, təxminən 1 həftə əvvəl əri onu stulla döyüb və qızın qolu sınıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi