Bakıda qadın sərnişin sürücünü söyüb yumruqladı - Video

bakida-qadin-sernisin-surucunu-soyub-yumruqladi
Oxunma sayı: 7506

Bakıda qadın sərnişin marşrut avtobusu sürücüsünü döyüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Tbilisi prospekti ilə hərəkət edən 79 saylı marşrut avtobusunda baş verib.

İki sərnişin işıqforun qırmızı işığında dayanan sürücüdən avtobusu sürməyini tələb edib. Yaşıl işığın yanmasını gözlədiyini deyən və qadının tələbi ilə razılaşmayan sürücü həmin sərnişin tərəfindən təhqirə məruz qalıb. Qadın sərnişin sürücünü yumruqla vurub.

Daha sonra isə mübahisə marşrutun son dayanacağında davam etdirilib.

Avtobusun məxsus olduğu "Xaliq Faiqoğlu " şirkətindən bildirilib ki, hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Murad Əhməd