Bakıda qadın tikilinin içində yanıb ölüb.
“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, Yasamal rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb.
Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.