Bakıda qadına qarşı dələduzluq - 14 min dollarını aldılar

bakida-qadina-qarsi-deleduzluq
Oxunma sayı: 1726

Bakıda Türkiyə vətəndaşı azərbaycanlı qadına qarşı dələduzluq edib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Piriyeva Şəhla Sabir qızı polisə müraciət edərək bildirib ki, 2018-ci ilin fevral ayında Türkiyə vətəndaşı Mehmet adlı şəxs Amerika Birləşmiş Ştatlarına viza düzəltmək adı ilə onu aldadaraq Qara Qarayev prospekti, 64 ünvanında, “Ailə market”in qarşısında ondan 14 min dollar alıb.

Faktla bağlı araşdırmalara başlanıb.