Bakıda qadını döyüb pulunu və sırğasını aldılar

bakida-qadini-doyub-pulunu-ve-sirgasini-aldilar
Oxunma sayı: 1882

Bakıda soyğunçuluq törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları saxlanılıblar.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, avqustun 11-də Bakı şəhər sakini K.Məmmədovanı döyüb içərisində 200 manat pul olan çantasını və qulağındakı qızıl sırğanın bir tayını qoparıb aparmaqda şübhəli bilinən Gürcüstan vətəndaşları İlia Todradze və Gela Bolkadze saxlanılıb. İ.Todradzedən 0,894 qram, G.Bolkadzedən isə 0,397 qram heroin götürülüb.