Bakıda qadını parkda bıçaqladılar

Bakıda qadını parkda bıçaqladılar
Oxunma sayı: 14

Bakıda qadın bıçaqlanıb.

“Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, hadisə “Azadlıq” metrostansiyasının yaxınlığındakı parkda baş verib. 30 yaşlı Məhərrəmova Samirə Rafiq qızı bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Hadisə barədə polisə məlumat verilib. Qadın polisə ilkin ifadəsində bildirib ki, parkda gedərkən ona naməlum şəxslər yaxınlaşıb və bıçaqla hədələyərək, çantasını tələb edib. 30 yaşlı qadın müqavimət göstərməyə çalışıb. Bu vaxt naməlum şəxslərdən biri bıçaqla ona xəsarət yetirib. Quldurluq əməlini törədənlər çantanı da götürərək hadisə yerindən uzaqlaşıblar.

 Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. 30 yaşlı Samirə Məhərrəmovaya qarşı quldurluq edənlərin tapılması üçün əməliyyat-axtarış tədbirləri görülür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi