Bakıda qadının evi soyuldu

bakida-qadinin-evi-soyuldu
Oxunma sayı: 632

Nizami Rayon Prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, rayonun Rüstəm Rüstəmov küçəsi 14, mənzil 87-də yaşayan Fatma Məmmədovanın evindən 7 min manatlıq qızıl-zinət əşyaları, 10 min avro və 4 min manat məbləğində pul oğurlanıb.

Bu barədə polisə ev sahibəsi məlumat verib. Oğurluğu edən şəxs qapını açarseçmə yolu ilə açaraq mənzilə daxil olub.

Oğurluğun kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Məlumata görə, Məmmədova biznes fəaliyyəti ilə məşğuldur.