Bakıda qapı-pəncərə sexi yanıb

bakida-qapi-pencere-sexi-yanib
Oxunma sayı: 886

Bakıda qapı-pəncərə sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan tikilinin (qapı-pəncərə sexi kimi fəaliyyət göstərir) içərisində plastik və rezin materiallar yanıb.

Tikilinin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.