Bakıda qatı duman var - Aeroportda vəziyyət necədir?

bakida-qati-duman-var
Oxunma sayı: 1858

Hazırda Bakıda müşahidə olunan sıx duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə hava limanından məlumat verilib.

Məlumatda qeyd olunur ki, bütün reyslər cədvələ uyğun həyata keçirilir: “Reyslərin qəbulunda və yola salınmasında heç bir ləngimə yoxdur. Aeroport normal rejimdə işini davam etdirir”.