Bakıda qazanxanadan 135 minlik oğurluq - Fotolar

bakida-qazanxanadan-135-minlik-ogurluq
Oxunma sayı: 1228

Bakıda qazanxanadan 135 000 manat dəyərində istilik sistemləri və avadanlıqları oğurlayan şəxslər saxlanılıblar.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, oğurluq Nəsimi rayonunda yerləşən şirkətlərdən birində olub. Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədov saxlanılıblar.
 
Saxlanılan şəxslər ifadələrində etdikləri oğurluğu etiraf ediblər. Onlar izahatlarında əldə etdikləri avadanlıqların bir qismini satdıqlarını bildiriblər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. E. Abbasov və V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.