Bakıda qəlyan oğurluğu

bakida-qelyan-ogurlugu
Oxunma sayı: 1347

Fevralın 7-si saat 11:00 radələrində Pişəvari küçəsində yerləşən kafedə Rəhman Hüseynovun mobil telefonunu masanın üstündən oğurlayan Mingəçevir şəhər sakini Məzahir Qasımov Nəsimi RPİ PPXB-nin əməkdaşları tərəfindən tutulub.

Yanvarın 28-nə keçən gecə Sarayevo küçəsində yerləşən, Nicat Səfərova məxsus çay evindən 300 manat və 5 ədəd qəlyan aparatı oğurlanıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Fərid Nəsirli fevralın 7-də yaxalanıb.