Bakıda qətl törədilib

bakida-qetl-toredilib
Oxunma sayı: 2192

Bakıda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 20-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində qəsəbə sakini Sənan Əzimov münaqişə zəminində həmyerlisi Rüfət Paleşnıya bıçaqla xəsarət yetirib. S.Əzimov könüllü olaraq 31-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub. Xəstəxanaya yerləşdirilən R.Paleşnıy orada ölüb. Araşdırma aparılır.

Murad Əhməd