Bakıda qeyri-adi mağaza - Sovet dövrünün əşyaları satılır+ Video

bakida-qeyri-adi-magaza
Oxunma sayı: 5800

Bakıda birinci dünya müharibəsi dövründən qalan kitablar, radiolar, sovet dönəminin əşyaları satılır.

“Qafqazinfo”nun Xəzər TV-yə istinadən məlumatına görə, Bakı sakini Qulaməli Babayev bir neçə il əvvəl köhnə evlər sökülərkən bir çox insanın zibilə atdığı həmin əşyaları toplayaraq saxlayıb.

İlk vaxtlar hobbi kimi başlasa da zamanla əşyalar o qədər artıb ki, Babayev onları satışa çıxarıb.

25 minə yaxın kitab toplayan Q. Babayev dükanında yer olmadığından kitabların çoxunu hədiyyə edir. Onun sözlərinə görə, antik əşyalara kifayət qədər maraq var.

Qiymətlər isə əşyanın ilinə və vəziyyətinin sazlığına görə dəyişir.

Altı ildir fəaliyyət göstərən dükana daha çox turistlər və gənclər maraq göstərir.

Mağaza sahibi kitabların bəzilərini internat məktəbinə hədiyyə etməyi düşünür.