Bakıda qəza, sürücü öldü

bakida-qeza-surucu-oldu
Oxunma sayı: 648

Bakı şəhəri, Sabunçu rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1959-cu il təvəllüdlü Əzimov İlham Məmmədqulu oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.